Hüquq müdafiəçi
Avtandil Məmmədov qarşılaşdıqı olayrlarla bağlı açıqlama verdi
Ilkin fəaliyyətlərim
Təhsilimi çətinlik və zülümlə başa çatdırdım.
Təhsilimi başa vurduğdan sonra özümə uyğun işə görə rüşvət
istədilər. Məndən tələb oluna məbləq həmin dönəmdə yüksək rəqəm təşkil edirdi. Ən əsası isə rüşvətlə bütün
sağlam məqsədlərimi məhf etdilər. O anda
məndə yeni fikir formalaşdı, yəni, rüşvətlə
və haqsızlıqlarla mübarizə aparmaqı qarşıma məqsəd qoydum. Bunlara baxmayaraq
tikinti sektorunda işləməyə başladım. Eyni zamanda mübarizə aparmaqa qarşım da çox maniyələr mövcud idi
2005 və 2006-ci illərdə İnsan hüquqlarını müdafiə edən təşkilatlarda könüllü olaraq
yazıldım. Bir müddət könüllü olaraq özümə
təcrübə qazandım. Ilkin fəaliyyətim
həmin illərdən başlandı.
Qohumlarımın həbsi
Həmin illərdə əmimi həbs elədilər. Əmim
Məmmədov Qeybulla Əlixan oğlunun barəsində CM 306. Maddəsi ilə məhkəmə qərarını icra etməməkdə
ittiham irəli sürülərək , 2006-ci ildə həbs qəti imkan tədbiri seçildi.
Həbs olunduğdan sonra Quba RPŞ-nin müstəntiqi Əsgər Kazımov qərəzli
icraatı ilə, Qeybulla Məmmədov-un işinə əlavə maddələr yüklənildi. 127, 221 və 228-ci
maddələri əlavə etdilər.
Lakin həmin faktla bağlı və əlavə
edilmiş maddələr də günahsız olduğuna dair bütün
instansiyalara müraciət verdim. Qohumluq əlaqələrim olduğu üçün əmimi müdafiə
etməyə əsas verirdi. Hüquq
mühafizə orqanları tərəfindən müraciətlərin
mənim tərəfimdən yazıldıqını öyrənildikdə, Quba RPŞ-i tərəfindən təziq və
hədələmələr başlandı.
Qaranlıq yollar olsada, açıq mübarizəmə daha da prinsip yaratdı.
Lakin bundan sonra 2007-ci ildə Quba
RPŞ-nin keçmiş müavinlərindən biri Oqtay
Həsənov, məni sahə müvəkkili vasitəsi ilə Quba RPŞ-nə gətirtdirdi
və məna orada bildirdilər ki, niyə şikayət etmisən? Cavansan istəmirik ki,səni həbsə
ataq, get aqıllı ol və şikayətləri saxla
əyər şikayətləri saxlamasan səni həbs edəcəyik. Bu halda istifadəmdə olan
telefon nömrələrim alındı və sərbəst
buraxdılar.
Evə qayıtmaq istədikdə
Quba avtovaqzalında yenicə marşuruta əyləşmişdim ki, telefonuma zəng
daxil oldu və mənimlə Oqtay Həsənov danışdığını bildirərək onları olduğum yerdə
gözləməyimi istədilər. Mən onları gözləmək məcburiyyətində qaldım. Lakin onlar Quba avtovağzalına gələrək, məni ağ rəngdə Niva markalı maşına mindirib yenidən mənimlə danışıqlar apardılar və
orada mənə 500 ABŞ dolları təklif etdilər ki, şikayətləri saxlayım deyə, buna baxmayaraq mən
həmin təklifi rədd etdikdə mənə bildirdilər ki, həbs olunacaqsan. Bu təkliflərini rədd etdikdən sonra
bir neçə dəfə
polis əməkdaşları tərəfindən məni şərləmək istəklərini hiss edərək rayonu
tərk etdim və Bakı şəhərində daşındım. Uzun bir müddət Bakı şəhərində yaşamalı oldum. Eyni
zamanda mənəvi və psixoliji təsirlər aldım. Həmin proses 1 il 3 ay davam etdi.
Məhkəmə prosesi zamanı yalançı şahidlər,
ancaq polis nəfərlərindən olan şəxslər dindirilirdi. Uzun çekən prosesdə Quba
rayon məhkəməsinin baş hakimi Ramiz Cəfərovun işinə son qoyuldu.
Yeni təyin edilmiş hakim mənimlə görüşmək
istədiyini bildirdi. Lakin Quba
rayon məhkəməsini yeni təyin edilmiş
hakimi ilə görüşdüm,
hakimlə bir qədər söhbətdən sonra mənə bildirdi ki, qardaş oğlu bu iş
sifarişlidir başımı bəlaya soxa bilmərəm, mən əlimdən gələni edəcəm. Sonda hakim 5 il hökm
elan edir.
Sonra Apellyasiya məhkəməsinə şikayət nəticəsində
Maddələrin birində bəraət verərək, 3 ilə əvəz etdilər. Bu işin sifarişli olduğunu bilərək 3 il hökmlə əvəz
edilir. Qalan 3 həbsini 1 il 10 ay həbsdə qaldı, qalan hissəsini
cəzaçəkmə tipli müəssisədə çəkdi. Bütün instansiyalara baş qaldıran sifarişli həbslərlə bağlı müraciətlər etmişdim.
İnsan haqlarının keşiyində və üzləşdiyim haqsızlıqlar.
2008-ci ildə İşgəncələrə Qarşı Azərbaycan
komitəsinin sədri Elçin Behbudov məni çağıraraq, sədrlik etdiyi
komitə ilə əməkdaşlıq etməyimi istədi.
Lakin İQAK-ın
Şimal Regional bölgəsinin əməkdaşı oldum. əməkdaşı olduqum komitənin
prinsiplərinə uyğun olaraq bir neçə işgəncə faktlarını aşkarladım. Həmin
faktların bir neçəsi ifşa olundu, bəzi faktlar isə gizlin qalırdı. 2011-ci ilə
kimi İQAK çalışdım.
2011-ci ildə Elçin Behbudovun tapşırıqı
əsasında, Qusar RPŞ tərəfindən, dindarlara qarşı işlənən işgəncələrə dair əlavə
izahat almaqdan ötrü göndərildim. Həmin dindarlardan izahat aldıqım zaman,
polis tərəfində şəkillərim çəkildi. Bir neçə gün sonra Quba RPŞ-nin keçmiş rəis
müavini Azər Rzayev mənə zəng edərək məni polisə şöbəsinə dəvət etdi. Rəis
müavini məni polisə şöbəsinə dəvət edərkən, qanunvericiliyə uyğun olaraq, yaşadıqım
ünvana rəsmi çaqırış göndərməsini xatırlatdım. Qanunun tələblərinə baxmayaraq,
həmin anda rəis müavini məni şantaj etdi. Rəis müavini ilə danışıqı bitirdikdə
bir neçə dəqiqə sonra Elçin Behbudov mənə zəng edib bildir ki, səndən şikayət
var. Bu anda Elçin Behbudovun insan hüquqlarını müdafisinə dair olan inamlarım
məhf oldu. Çünki o işin mahiyyətini öyrənilmədən və bilmədən məni, rəis müaini
tərəfində edilən şantajla ittiham etdi. Həmin anda E.Behbudovaya bildirdim ki,
sizin rəhbərlik etdiyiniz komitə də, fəaliyyətimi sonlandırıram, artıq sizinlə
çalışmayacam.
İQAK-ın mənə məxsus olan səlahiyyət
vəsiqəsini Xaçmaz rayonundan danasını
750 AZN ə sataraq, həmin dananın satdığı məbləğ müqabilində İQAK-ın regional
bölgə rəhbərin köməkçisi vəzifəsinin daşıyan şəxs vasitəsi ilə vəsiqəni İQAK-ın
sədrinə göndərdim.
Qeyd edim ki, Elçin Behbudov, Qusar RPŞ tərəfindən, dindarlara qarşı işlənən
işgəncələri gizlin saxlanmasını
istəməsinə baxmayaraq, sonradan təşkilatdan uzaqlaşdığdan sonra həmin işgəncə
faktını mətbuata təğdim etmişdim.
Həmin faktı mətbuat dərc etdikdən sonra Elçin Behbudov mənə zəng vuraraq mənimlə
görüşmək istədiyini bildirdi.
Lakin Elçin Behbudov və əməkdaşları ilə
birlikdə Bakı şəhəri dağ üstü parkda görüşümüz baş tutdu. Orada Elçin Behbudov
mənim fəaliyyətim haqqında yüksək əhval ruhiyə ilə tərif səsləndirdi. O, mənim
üzümə gülə-gülə ləğv olunmuş MTN-ə bir neçə dəfə haqqımda mənfi xarakterli
informasiyalar ötürmüşdür.
Lakin Qusarda dindaarlara qarşı edinlən işgəncə faktını Azadlıq radiosuna
yayımlamasının əleyhində kəskin fikirlər səsləndirdi. https://www.azadliq.org/a/24205438.html Bir çox işgəncə faktları olub ki,
gizlədilmişdir.
İQAK da fəaliyyətim dönəmində bir neçə dəfə təziqlərə
məruz qalmışam. ( Quba rayon Rustov sovetliyinin Güneyməhəllə kəndində güclü
qar yağması və təbbi fəsadlarlarla nəticələnmişdir.
Kəndin elektirik xətləri sıradan çıxaraq transvarmatorun sıradan çıxması ilə nəticələnmişdir.
Həmin hadisə ilə bağlı aidiyyətli qrumlara müraciət etsəkdə heç bir tədbir
görülməmişdir.
Müraciətlərimiz cavabsız qaldığına dair kəndin
sakinlərini birgə olaraq KİV-lər vasitəsi o, cümlədən ANS iç xəbər verilişində
yayımlamsına səbəb olaraq Rustov İnzibati Ərazi Dairəsinin keçmiş nümayəndəsi
Şahlar Novruzov və onun qızının həyat yoldaşı Quba RPŞ-nin əməkdaşı polis
zabiti Namiq Umudov tərəfindən mənəvi və fiziki təsirlər almışam.
İQAK-ın əməkdaşı olduğuma baxmayaraq E.Behbudov həmin
faktın üstündən keçməsini tələb etdi.
Digər bir məqam isə Rustov sovetliyinin Xanagah kənd
sakini hərbi xidmət zamanı komandiri tərəfində işgəncə verilərək öldürülməsi
faktını gizlədilməsində tələblər irəli sürmüşdür.
Hüquq müdafiəçisini bu kimi ciddi faktları göz yumması
ölkə üçün xoşagəlməz hallar idi.
Mahiyyət məlum idi, işgəncə faktlarını nə səbəbə görə gizlədilmişdir? Faktların bir
qismini sizlərə təğdim edə biləcəm.
Digər fakt bundan ibarətdir ki, Babək Ədalətli həbs
olunduğu müddətdə E.Behbudov işgənə faktını olmadığını bildirmişdir. Daha digər faktlar mövcudur.


E.Behbudov İQAK
sədrlik dönəmdə, azneft meydanındaki, əl oyunları sarayın arxasında olan ofis
və sonradan Tədris Təlim Mərkəzi ilə üzbə-üz, Lider TV yaxınlıqında olan ofisi,
ləğv olunmuş MTN Eldar Mahmudov tərəfindən kirayə haqqını ödəyirdi və ondan
əlavə hər ay üçün E. Behbudovaya müəyən məbləğdə premiyalar
ödəyirdi.
Sonradan bəlli oldu ki, E. Behbudov komitənin əmakdaşı olmayan bir neçə insanla
yaxından əməkdaşlıq edirmiş, bir
neçə şəxsi isə qeyri qanuni əməkdaşlıq
etməyə dəvət edirdi. Faktlar mövcuddur
ki, həmin şəxslərin təhlükəsizliyin təmin etmək məqsədi ilə adlarını istinad
etmirik. Həmin şəxslərdən sui istifadə edirdi.
Özünün şəxşi maraqları naminə dostlarından biri də Qeybulla Məmmədov
olmuşdur. 2013-ci ildən 2018-ci ilə dək həbsdə olan Qeybulla Məmmədovun,
Nərimanov RPŞ-nin keçmiş rəisi Muradəli Babayev ə həbs etmək tapşırıqını verdirir.
Qeybulla-nı oyuna
gətizdirən şəxs isə Bakı
şəhər BPİ-nin polis mayorunun qardaşı Orxan adlı şəxs vasitəsi ilə heyata
keçirilmişdir. Sonradan polis şöbəsinə və məhkəməyə izahat verir ki, güya Qeybulla Məmmədovu,
başqa şəxs vasitəsi ilə tanış olub və başqa heç bir əlaqələri olmayıb.
Qeybulla Məmmədova-nın 10 il azadlıqdan məhrum
edilir. E. Behbudov daha adlarını çekə
bilmədiyim şəxslərin həbsini sifariş vermişdir. Hələ demirəmki, həbsdən azad etmək üçün müxtəlif şəxslərdən, müxtəlif
məbləğlər əldə edilməsi haqqında. Ölənin arxasında danışmaq olmaz deyirlər.
Amma nə etmək olar?. Baş verənləri açıq ifadə etməmək də günahdı.
Sağlam
müstəqil cəmiyyətdə
2011 ci ildən bəri Helsinki Vətəndaş
Assambleyasinin Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə İnsan
hüquqlarını müşahidəsi və müdafiəsini təşkili eyni zamanda məhkəmə
proseslərində müşahidə aparılması sahələrində təmsilçilik etmişəm.
2012-ci
ildə martın 1də Quba da İcra başçısı Rauf
Həbibov a qarşı üsyanda müşahidəçi qismində iştirak etmişəm. Həmin
hadisəyə görə təşkilatçılardan biri olmaqla suçlayaraq polis tərəfindən
axtarılmışam. Aylarla evimdəm ailəmdən uzaqlarda qalaraq təhlükəsizliyimi təmin
etmişəm. http://musavat.com/news/son-xeber/QUBA-ISININ-MEHKEMESI-DAVAM-EDIR_132211.html
Lakin Xanım Arzu Abdullayeva-nın uzun danışıqlarından
sonra sübut edir ki, təşkilatçı yox
müşahidəçi qismində iştirak etmişəm. Sonradan axtarışı dayandırırlar.
Həmin illərdən öncə QHT-lərin Şimal Regionalda Kordinasiya yaratmaqdan ötrü
təşəbbüs irəli sürdün. Çünki, Şimal
bölgəsində bir çox bitərəf olan QHT-lər fəaliyyət göstəməsi çox çətin
idi.
Şimal bölgəsində bir çox təşkilatlarla sıx əməkdaşlıq edirdim. Bölgədə
aktiv fəaliyyət göstədiyim üçün bir çox təhlükələrlə üz-üzə qalırdım.
Qara
siyahi içində
Bunlara baxmayaraq 2012-ci ildə daha da çox təziqlərə
məruz qalmışam. Həmin ildə Quba İcra başçısının
müavini Yusif Abidovun tapşırıq əsasında polis tərəfindən saxlanmışam.
Quba RPŞ-nin əməkdaşları tərəfindən yaşadıqım evin
qarşısında saatlarla post qurulmuşdur. Baş verənlərə baxmayaraq fəaliyyətimi
çətinliklə və təziqlərlə davam etmişəm.
Eyni
zamanda 2012 -2013 illərdə Seçki müşahidə qrupunun Quba-Xaçmaz rayonları üzrə
koordinator, olmuşam. Həmin illərdə
dəfələrlə təziqlərə məruz qalmışam. Daim polis nəzarətində olmuşam. https://www.amnesty.de/jahresbericht/2013/aserbaidschan
Həyatın təhlükəli anları.
İnsan haqlarının keşiyində və üzləşdiyim haqsızlıqlar
mövzüsundan, təkrar hadisələr və üstü
açılmayan faktlar.
2013-ci il tarixində Elçin Behbudovun, Məmmədov Qeybullanın həbs sifarişi verdirmək
məsələsində sonra, bəlli olur ki, Elçin Behbudov keçmiş və ləğv olunmuş MTN
vasitəsi ilə həyata keçirilib. Qeybulla Məmmədovun bir oğlu Vəfanur Məmmədov və mərhum, DTX tərəfindən öldürülmüş Nizami Nəcəfovla
birlikdə İnternet üzərindən Eldar
Mahmudovun şəklinin üzərin də (şərəfsiz
) yazaraq Facebook profili ilə
paylaşır.
Çox çekmir ki, damqalı əməliyyatlar heyata keçirilir. 2014-ci ilin yanvarın 6-sı / 7-sinə keçən gecə qara
maskalılar tərəfindən Qeybulla Məmmədovun yaşadığı evə basqın edilir. Lakin əməliyyat
nəticəsində evlərinə silah sursat yerləşdirərək , qanunsuz silah saxlama maddəsi
ilə Vefanur Məmmədovun və Nizami Nəcəfov-un özləri ilə aparmalı olurlar.
Hadisə ilə əlaqadar olaraq böyük qardaşını özümlə götürüb bizim evə gəldik.
Səhəri gün Qeybulla Məmmədovun məhkəmə prosesinə iştirak etməkdən ötrü və hadisə
ilə narahatçılıq keçirməmək hissini yaşatmamaqdan ötrü Quba rayon məhkəməsinə gəlmək qərarını aldıq.
Daha demə,
saxta ittihamlar və bu andan başlayır. Məhkəmə gələrkən istifadəmdə olan 2106
markalı maşınla şaxtalı hava və yolların buz olması nəticəsində avtomobil qəzasına
uğrayırıq. Lakin avtomobil qəzasında qurtulsaqda hökümətin
qara əməliyyatından qurtula bilmədik.
Quba rayon məhkəməsini qarşısından, mənim yanımda olan, əmim oğlu
Vefadar Məmmədovun ləğv olunmuş MTN əməliyyatçıları tərəfindən qəfildən
oğurlayırlar. Sonradan məlum olur ki, mənim yanımdan oğurlanmış əmimoğlunu işgəncə
verərək, üzərində silah sursat olduğunu və həmin saxta ittihama imza atmaqa məcbur
etmişdilər. Saxta və sifarişli ittihamlarla razı olmasa da barəsində həbs qəti
tədbiri seçilir. Bu haqda daha ətraflı şərh etmək mümkündür. Qeyd edim ki, burada tam ayrı qondarma irəli sürülmüşdür. https://www.youtube.com/watch?v=KFlZ1ye7Ho4&t=3s
Fakt və dəliləri
təğdim edirəm.
Tək başına mübarizə
2015-ci
ildə Azərbaycanın şimal bölgəsini
seçkilərin müşahidə etmək məqsədi ilə, Şimal Müstəqil Müşahidə Seçki Qrupunu
təşkili üzrə təşəbbüs irəli sürərək, aktivistlərin seçimi ilə həmin qrupa
rəhbərlik etmişəm.
2013-cü il tarixində hakimiyyətin QHT-lərə qarşı represiyasına
başladığdan bəri fiziki şəxs olaraq Vergilər Nazirliyindən qeydiyyatdan keçərək
fərdi qaydada müəyyən sahələr üzrə, sahibkar kimi xidmət göstərmişəm.
Bir müddət QHT fəaliyyətimdən kənarda qalmasına baxmayaraq fərdi
olaraq hüquq xidmət sahələrində vətəndaşların
mülki xarakterli hüquqlarını məhkəmələrdə müdafiəsində çalışmışam.
2015-ci il tarixində hüquqi şəxs olaraq qeydiyyatdan keçərək, “HÜQUQ
XİDMƏT MƏRKƏZİ”-nin təsisçisi və rəhbəriyəm. Quba-Xaçmaz şəhər ərazisində
istifadəmdə olan ofis fəaliyyət göstərib. Həmin vaxtalarda bir neçə şəxs problemlərini olduqunu bildirərək müraciət
etmişdir. sonradan mülkiyyət hüquq pozulmuş şəxslərlə müqavilə baqlayaraq
onların hüquqlarını müdafiəsini təşkilini və eyni zamanda dövlət və qeyri dövlət
qrumlarında onların təmsil etməklə, onlarla razılıqa gələrək müqavilə
baqlamışam. https://www.facebook.com/H%C3%BCquq-Xidm%C9%99t-M%C9%99rk%C9%99zi-562918313873593/
Vətəndaşları fərdi qaydada müdafiəsində edərkən,
aldıqım təsir və təziqlər
2015-ci il tarixində Quba rayon Rustov Sovetliyinin Püstəqasım kənd
sakinləri Hacımuradova Arzu Şirnəli qızı, Hacımuradov Nurməddin Murad oğlu,
Hacımuradov Elməddin Murad oğlu və Məmmədov Nəsibə Səddar qızının mülkiyyət
mübahisəsi ilə əlaqadar olaraq onların qanunvericiliyin tələblərinə uyqun
olaraq etibarnamə əsasında məhkəmlərdə
nümayəndə kimi təmsil etmişəm.
Qeyd etdiyim şəxslərin, qarşı tərəfi maraqlı şəxs olan Hacımuradov Cəlal
Səddar oğlu həmin şəxslərini işini aparılmamasını və onlarını hüquqlarını
müdafiə etməyimə əsasən, məni dəfələrlə hədələmiş və mənim başıma oyun gətirəciyini
bildirmişdir.
Lakin o, məni təhdid edilməsinə
baxmayaraq mən təmsil etdiyim şəxslərin müdafiə etmişəm. Dəfələrlə Cəlal
Hacımuradov yüksək rütbəli və vəzifəli şəxslərin adından danışaraq özünü yüksək
iş adamlarının sağ əli olduğunu bildirmişdir.
Lakin C. Hacımuradov mənim
qohumlarıma təsir göstərərək məni hökümət
vasitəsi ilə həbs etdirəcəyini diqqətə çatdırmışdır. Eyni zamanda mənim istifadəmdə olan telefon
nömrəmə zəng etmiş məni təhqir edərək, bəzi şantaj xarakterli ifadələr işlədərək,
məni həbs etdirib türmələrdə çürütdürəcəyini bildirmişdir. https://www.youtube.com/watch?v=5vnO_IP2vVQ
Qara ləkə ilə üz-üzə
2016-ci ilin payız aylarında tanımadıqım bir nömrədən istifadəmdə
olan telefonuma sms daxil olur həmin sms də mənim ona köməyə ehtiyacı olduğunu
bildirir. Həmin şəxs Sebinə adı altında özünü təğdim edir. Bir qədər
danışdıqdan sonra həmin şikayətçi bildirir ki, Quba rayonuna qonaq gələrək baş verənləri
geniş şəkildə şərh edəcək. Cavab olaraq, insanpərvərlik və qonaqpərvərlik bizim
qədim adət, ən-ənələrimizdə sadiq olduğumu diqqətə çatdıraraq, şikayətçi olaraq qəbul edəcəm.
Lakin
09.02.2017-ci il tarixində özünü Səbinə kimi təğdim edən şəxs mənə günün səhər
çaqlarında zəng edərək Qubaya gələcəyini
bildirdi, həmin günün 2-ci yarısı, yaxından tanıdıqım və dostluq etdiyim,
keçmişdə jurnalist olaraq fəaliyyət göstərən, (adı müəyən məqamlara
görə istinad edilmir.) Qaz 31
markalı maşını ilə şikayətçini Quba şəhərində qəbul edirəm.
Şikayətçi: mənə
bildirdi ki, normal bir otel olsun qalmaqa, mənim tanıdıqım restoranın və otelin admistratorun telefonuna zəng edərək qonaqım olduğunu
bildirdim. Bazar gününə təsadüf olduğu üçün, həmin şikayətçini ofisdə yox, restoranda dəvət etməli oldum
Şikayətçi: çay
içərək özünü ləğv olunmuş MTN zabitini qızı olduqnu bildirdi. Onun valideynini
keçmiş ləğv olumuş MTN yüksək vəzifəli şəxslər tərəfindən dərmanla zəhərləyib öldürdüyün
bildirərək, onun atasının qatilini tapılmasında köməklik istədi.
Mən: cavab olaraq, məmin sahəmdə aidiyyəti olmadığını vurqulayaraq diqqətinə
çatdırdım. Lakin qəti olaraq bu istiqamətdə ona köməklik edə bilməyəcəyimi
çatdırdım.
Şikayətçi:Necə edək
sənin tanıdıqın adam olmamış olmaz.
Mən: Yox elə adam tanımıram. və mənim işim hüquqları müdafiə etməkdir. Yaxşı olar ki, araşdırmaçı şəxslərə mürciət edəsən.
Şikayətçi: Sənə
ümidim çox idi ki, mənə köməklik edərsən. Bu işlərlə məşqul olan hüquq müdafiəçisi
kim varsa xahiş elə ki, mənə köməklik etsinlər.
Mən: Var amma həmin hüquq müdafiəçilərə özün əlaqə qursan
daha yaxşı olardı, ondan əlavə də qeyd edim ki, niyə dövlət orqanlarına müraciət etmirsənki?
Şikayətçi: Kimə
müraciət edim? Kimsə baxan deyilki hamısı bir-birinə bağlıdır.
Mən: Məni düzgün anlayın sizə bu sahədə kömək edə bilməyəcəm.
Şikayətçi: Yaxşı
mövzunu deyişək belədə qonaq gəlmişəm.
Mən: Qonaqsan xoş gəlmisən. Səni qonaq kimi qəbul edirəm.
Şikayətçi: Biz məmur
uşaqlarını bilirsəndə daim kayfa xidmət etmişik.
Mən: mənim üçün fərqi yoxdur ki, məmur övladı olmusan. Şikayət mövzusu bağlandığı üçün səni qonaq kimi qəbul edirəm.
Qonaq: Mən həmişə istədiyim həyatı yaşamışam, narkotik istifadə edirdim neçə
vaxtdır ki, istifadə etmirəm, mənə narkotik taparsan ? qurdumu öldürüm.
Mən: Cavab olaraq bildirdim ki, mən narkotik vasitələrdən uzaq adamam həqiqətəndə
sənə söz verə bilmərəm. Bu kimi əməllərdən kənaram.
Qonaq: mənim pulum var dedi.
Mən: Söhbət puldan getmir. Ümumiyyətlə sənə də məsləhətim odur ki, bu
kimi pis əməllərdən uzaq durasan.
Qonaq: Məni qonaq kimi qəbul etmirsən!!
Mən: Səni qonaq kimi qəbul etdim. Xahiş edirəm bu haqda bir daha
toxunmayaq.
Bir qədər sonra mənim dostum gəlir.
Qonaqı QAZ 31 markalı maşının sahibi, həmin şəxslə qəbul etmişdim.
Qonaq: Həmin şəxsə bildirir ki, qonaq gəlmişəm və həmin şəxsə bildirdi ki,
mənim üçün nə edə bilərsiz? Səhərdən Avtandilə deyirəm ki, mənə bir siqarətlik
narkotik təşkil etsin birlikdə istifadə edək. Avtandil deyir ki, əlim çatmır.
Ondan uzaq-bundan uzaqam 5 günlük həyatdı istədiyin kimi yaşaya bilmədinsə nə
yaşamaqdır?!!
Dostum: Sən istədiyin
kimi yaşamaq öz haqqındır. Amma bu işdə mən heçnə edə bilməyəcəm. Yaxşı olar
ki, bu fikirə son qoyasan
Bu anda Mən: dostumu kənara çəkib və deyirəm ki, mən bu qonaqdan şübhə edirəm.
Dostum: Əəəə səndə hər kəsdən
şübhə edirsən. Sənə niyə beləsən.
Elə bil o, qara buludlar mənim başımda fırlanırdı. Həmin vaxt nələr
baş verəcəyini nəzərə alsamda, elə bil dil dodağım susqun idi, başqa bir
addımda atmaq haqqında düşünə bilmədim.
Daha öncə yemək sifariş vermişdim. Restoranda mən, qonaq və
dostumla birgə
axşam yeməyini bir stol arxasında yeyirik.
Birgə axşam yeməyindən sonra dostum olan şəxsin
telefonuna zəng gəlir zənglə əlaqadar olaraq dostum bizdən
ayrılmaq məcburiyyətində qalır.
Həmin restorandanın oteli də mövcud idi. Lakin həmin oteldə, nömrəli götürülür.
Qonaqa deyirəm
sənə xoş istirahətlər mən getdim, evdə gözləyən var.
Qonaq: Necə məyər sən burda qalmayacaqsan?
Mən: Xeyr mən evə getməliyəm səhər işim çoxdur. Yolumda bir qədər
uzaqdır.
Qonaq: Belə eləmə də, mən burda tək qalmalıyam?
Mən: Siz qonaqsız, gələrkən bildirdiniz ki, bir neçə gün qala bilərəm mənə
yaxşı bir otelə nömrə götür. Istədiyiniz kimi oteldir. Sabaha inşallah, işlərimi
qutardığdan sonra görüşərik. Sizə kömək edə bilməsəmdə tanışlığda məmnun oldum.
Qonaq: yaxşı bir çay sifariş elə, içək sonra gedərsən.
Mən: tamam o, olar. Yenidən çay sifariş verdim.
Otaqa yerləşək çayı da orda içək.
Dostum: bizdən ayrıldığı vaxt cəmi 30 dəqiqə olardı.
Qonaqla söhbət zamanı kabinetin qapısı açılır bir qrup mülki geyimli şəxslər içəri daxil
olur və belə bir seslə tez qoymayın hərəkət eləsin. Mən həmin şəxslərin bir neçəsini
polis əməliyyatçısı olduğunu görüb cavab olaraq, icazəsiz içəri daxil
olmalarını qadaqan olunması bildirdim. Lakin tələblərə məhəl qoymayıb mənim üzərimdə
narkotik maddə olduğunu bildirildi. Bu anda mənim üzərimə hadisə yerində baxış
keçirilməsi və çəkiliş aparılması tələbini irəli sürdüm.
Həmin mülki geyimli polis əməkdaşları mənim tələbimlə razılaşaraq,
bütün paltarlarımı çıxarıb çibli nə varsa başdan ayaqa baxış keçirilməsini istədilər. Həmin
tələblərini yerinə yetirmək məcburiyyətində qaldım. Lakin bütün paltarlarımı çıxarıb tək-tək
əynimdəki cibli paltarımı cibində olan sənəd və əşyaları stol üzərində düzdüm.
Həmin polis əməkdaşları mənim üzərimdə heç bir narkotik maddə
olmadığını müəyən
etdikdən sonra, Emil Babayev adlı Narkotiklər mübarizə qrupun əməkdaşı, polis
zabiti dərhal qonaqa yan baxıb, qonaqın üzərinə baxış keçirilməsini bildirdi.
Qonaqın üzərindən narkotik maddə aşkar edilmədikdə, bildirildi ki,
qonaqın qol sumkasına baxış keçirilsin. Qonaqın sumkasına baxış keçirilərkən
balaca bir kaqızda narkotik maddə aşkar olundu. Bizi
Quba RPŞ-nə apardılar. Polis şöbəsinə aparılarkən mən dərhal vəkil tələb
etdim. Mənə dedilər ki, vəkilə ehtiyac yoxdur səninlə danışmalıyıq, ona görədə
bu əməliyyatı həyata keçirməli olduğ.
Qonaqın izahatları hazır idi sadəcə bir imza atmalı idi. Izahatların
da qeyd olunmuşdur həmin narkotik maddəni Avtandil Məmmədov vasitəsi ilə əldə
etmişəm. Daha doğrusu Avtandil dostu ilə birlikdə mənə satıblar. Bizimlə
razılaşmasan həmin izahatı tətbiq edəyəcəyik və səni narkotik satışı və istifadəçi
olaraq həbs edəcəyik.
Quba RPŞ-nin əməkdaşları bizi (mən Avtandil Məmmədov, qonaq qismində
olan, Səbinə təxəllüslü Nəsirova Sevda və
dostluq etdiyim, restoranın admistratoru Tahirov Elşən) Quba RPŞ-nə apardılar.
Polis şöbəsinə aparıldıqda qonaqdan sorqu-sual etdilər ki, narkotik
vasitəni kimdən əldə etmisən? Qonaq cavab olaraq bildirdi ki, Avtandilin
yaxından tanıdığı şəxs vasitəsi ilə əldə etmişəm.
Həmin şəxsi bir neçə dəqiqə görə bildim sonradan qonaqı görə bilmədim.
Qonaq harda
olduğunu soruşduğda, belə bir cavab aldım; sənə nə lazımdır? Səni bura bir bəhanə
gətirmək lazım idi və əməliyyatımız da baş tutdu. Qonaqını yola saldıq getdi. Səndə
bir ip-ucu tutmaqdan ötrü qonaqın gəlmişdir. Sənin qonaqın sərbəsdir amma sən hələ
də burdasan.
Həmin şəxs əslində özünü Səbinə təxəllüsü ilə təğdim edərək, DİN də
xüsusi olaraq xidmət edən Nəsirova Sevda Mirhəsən qızı olub. Faktla bağlı rəsmi
fotoları digər maddi sübutlarım mövcuddur. Onu da qeyd edim ki, əməliyyatla əlaqadar
olaraq, qonaqdan yeni izahat almadılar və bildirildi ki, izahat almaqa ehtiyac
yoxdur. Lazım gələrsə izahat hazırdı imza məsələsi qalıb, oda bizim əlimizdədir.
Dostluq etdiyim şəxs restoranın admistratoru Tahirov Elşən ayrıca otaqda
saxlanılırdı.
Bu arada dostlara tövsiyyə edim ki, şikayətçi qəbul
edərkən diqqətli olsunlar.
Baqlı qapılar arxasında ki, danışıqlar.
Məni Quba RPŞ-nin 3-cü mərtəbəsində Emin adlı digər polis əməliyyatçının otaqına apardılar.
Emin adlı polis əməliyyatçısı pasport və digər sənədləri istədi. Sənədləri
surət etdikdən sonra iş vəsiqələrimi qaytardı, şəxsiyyət vəsiqəsini özündə
saxladı. Bildir ki, aşaqı düşüb təhqiqatçının yanında izahat yazmalıyam. Bu
arada Emil Babayev içəri daxil olub onunla gəlməyini bildirdi. Məni rəsin
birici müavini yanına apardılar.
Rəis müavini: Avtandil niyə belə hərəkətlər edirsən? sözə niyə qulaq asmırsan?.
Mən: Rəis nə etmişəm ? nə etdiyimi
bilmirəm. Hansı cinayət əməlim var ?
Rəis müavini: Get yoldaşlar sənə izah edəcək.
Bizimlə razılaş ki, bir daha olmasın. Səni bu dəfə nəzərə alacaqlar.
Sonradan məni ( Narkotiklərlə
Mübarizə Qurupun) əməliyyatçısı Emin Babayev öz otaqına gətirir. Otaqında
bildirdi ki, söhbətlər və müəyyən məsələlər var ki, danışmalıyıq.
Emil Babayev: Bundan sonra bizimlə birgə əməkdaşlıq etməlisən.
Mən: Necə əməkdaşlıq eməliyəm?
Emil Babayev: İstənilən sahədə. QHT də sektoru
və ictimai əsaslarla çalışdığda bizimlə bizimlə bölüşməli olan işlər olacaq və
ondan sonra da istiqamət üzrə hərəkət etməlisən. Çərçivədən kənara
çıxmayacaqsan.
Mən: Məni çirkin işlərə bulaşdırmayın. Mən bu kimi işlərdə yoxam.
Emil Babayev: Özün bilərsən. Bizimlə
razılaşmayacaqsan həbs olunacaqsan.
Mən: Sizin narkotik ittihamı mənə yapışmaz. Məni yaxından tanıyanlar var.
Hər kəs bilirlər ki, bu işin sahibi deyiləm və qondarma ittiham irəli sürməklə heç nəyi sübut etmiş kimi
olmayacaqsınız.
Emil Babayev: Sən narahat olma elə bilirsən ki, biz heçnə edə bilməyəcəyik?. Özün
çox yaxşı bilirsən ki, əlimizdə imkanlarımız çoxdur. Istədiyimiz kimi edə bilirik.
Mən: Sizin istəyiniz dövlətin qanunu aliliyinə xidmət etmir?
Emil Babayev: Çox sual verirsən. Bəlkə səni oforment etdik, onda suallarıvı verərsən.
Mən: bəs nə etmək lazımdır ki, sizin
qondarma ittihamlarınıza tuş gəlməyək?
Emil Babayev: Sabahı gözlə nə edəcəyini biləcəksən.
Həmin gecə Emil Babayev-in
otaqında qaldım. Əlavə bir polis nəfərinə tapşırıldım gecə yanımda
qaldı. Tualete belə həmin növbətçi polis nəfəri aparırdı məni. Səhərin gözünü
stolda açdım. Səhəri gün saat 10_00 radələrində Emil Babayev gəldi.
Emil Babayev: Səhər yeməyi yemək istəyirsən?
Mən: Heç iştiham yoxdur.
Emil Babayev: Yox zavtrak eləməlisən. Polis şöbəsini həyətində ki, bufetə zəng edir, (1
stekan çay pesok yağ-pendir, çörək) sifariş verir. Qida qəbulunda sonra bufetin pulunu verilməsini
istədi. 7 manat ödəniş etdim.
Emil Babayev: hazırsan ?
Mən: Emil Babayevə deyirəm; Siz mənimlə açıq danışın bilim ki, istəyiniz
nədir?.
Emil Babayev: Tələsmə biləcəksən.
Bir neçə saat keçdi. Telefonlarım əlimdən alınmışdır. Məni başqa bir
otaq apardılar. Orada üzdən tanıdıqm bir polis nəfəri var idi. Həmin polis nəfərinə
Emil Babayev tapşırdı ki, ciddi nəzarətdə saxlanılım. Həmin polis nəfəri çox
sadə bir insan bənzəyirdi.
Həmin polis nəfəri: Qəfildən mənimlə söhbətə keçdi. Ay yetim səni niyə
gətiriblər yenə?
Mən: Vallah heç özümdə dəqiq bilmirəm ki, niyə görə gətiriblər.
Həmin polis nəfəri: Səni neçə ildir ki, tanıyıram. Şər-şür işlərdən
uzaqsan.
Mən: Məsələni qısaca izah etdim.
Həmin polis nəfəri: Həəə indi anladım.
Həmin polis nəfəri: Bunlarla işin çətin olacaq. Çox istərdim sənə şərtsiz kömək edim amma edə bilməyəcəm.
Çünki qabaq ki, vəziyyət yoxdur. Yuxarıdan daha ciddi tapşırıqlar gəlib.
Mən: Kimlər üçün tapşırıq gəlib?
Həmin polis nəfəri: Dəqiq bilmirəm ki, kimlər var siyahı da.
Bu arada
Tural adlı şəxs həmin otaqa girir. Tural-ın kim olduğunu bilmirdim. Amma mənə
çox kinli baxırdı. Üzdən tanıdıqım həmin polis nəfəri pəncərəni açıb siqarət çəkməyi
icazə vermişdir. Siqarət çəkmək üçün pəncərəni açıb tüstüləyə-tüstüləyə kəskin
yaqan qarlı havaya baxırdım. Pəncərədən baxarkən şöbənin həyətində polis çavuşu
mülki vətəndaşla söhbət zamanı mülki vətəndaşdan pulu sayıb rüşvət aldıqını
gördükdə rişxəndlə gülümsədim.
Bu arada
Tural adlı şəxs dilləndi. Buna bax hələ də gülür.
Mən: Necə? sizi başa düşmədim. Mənim gülməyim sizə manə
olur?
Tural: Necə yəni bizi zibilə salmısız hələ də gülürsüz.
Mən: Ay yoldaş izah elə görüm nə zibilə salmışam sizi ? eyni zamanda da
danışıqınıza diqqət edin.
Tural: Necə məyər, güya bilmirsən? Siz qonaq gəldiyiniz
otel restoran bizimdir.
Mən: Burda sizin aidiyyatınız nə var? Mən sifarişlə burdayam. Sizi kim
sifariş edib?.
Tural: Bizi sifariş etməyiblər. Restoranın
admistratorunu bu gecə burda
saxlayıblar. Elşən bizim işçidir. Indi bizi də incidirlər. Əmim də buna görə
çox əsəbləşib.
Mən: Əmin kimdir və bu işə nə dəxlisi var?
Tural: Əmim Nadir İsmayılov, əsas
obyektin sahibi, necə dəxlisi yoxdur ki, boynumuza 15000 (on beş min) manat
qoyublar.
Sən bilmirdin
ki, sənə torba tikiblər. Ehtiyyatla addım atmaq lazımdır. Sənin haqqında azacıq
dedilər bizə, bildiyimiz görə hüquqçusuz
və hakimiyyətlə barışmayan adamsız, sizi anlayırıq amma hər ehtimala
qarşı gərək belə olmasaydı.
Mən:
Bizi necə anlayırsız ki, az-öncə hörmətsizlik
etdiniz.
Tural: Əsəbdən belə davrandıq. Bizi də bir ara damqalamışdılar.
Həmin polis nəfəri: Bağlayın söhbəti. Artıq sözlər
etməyin. Olacaq olacaqdır.
Bir qədər
sonra Emil Babayev gəlir.
Emil Babayev: Sən yaxından tanıdıqın şəxsi
şöbəyə dəvət etməlisən ki, onunda izahatlarını alaq.
Mən: Xeyr bu mümkün olmayacaq.
Emil Babayev: Bax sənə deyirik, onun
izahatı sənə kömək edəcək, yoxsa qəti tədbir görəcəyik. Biz onu başqa yolla gətirəcəyik,
onunda işi qalın olacaq. Qonaqı onun maşını ilə qəbul etmisən və birgə axşam
naharı etmisiz.
Adımdan Sui istifadə
10.02.2017-ci il tarixdə, saat 13_00
radələrində məni şöbədən çıxarıb maşına mindirirlər və həmin otelin yanında
aparıb, məni NİVA CHEVROLET markalı maşını deyişərək hər iki tərəfimdə polis nəfərləri
olmaqla VAZ 21015 markalı maşını saxladılar. Nələr
baş verdiyini bilmirdim.
Bir qədər sonra yenidən polis şöbəsinə qaytardılar. Yenə məni üzdən
tanıdıqım polis nəfərini otaqında saxladılar. Bir neçə saat sonra günü 2-ci
yarısından sonra qapının arasından gördüm ki, dostumu şöbənin kolidorundan tualet tərəfə aparırlar məni də
çölə buraxmırdılar.
Dostumu gördükdə çox pis oldum.
Amma nə baş verdiyini dəqiq bilməsəmdə təxmin edirdim ki, bizi üz-üzə
qoyacaqlar. Qapı tərəfə hərəkət etdim qəfildən qapını açıb çıqırdım ki, ay
yoldaş bizi qarşı-qarşıya qoyacaqlar mən heç bir izahat yazmamışam. Bu sözü
çıqırıb deyəndən sonra dərhal 3 nəfər mülki geyimli polis məni otaqa atdılar.
Ondan sonra bir-birimizi görmədik.
Yenidən Emil Babayev məni otaqına apardı. Mənə bildirdi ki, burdan
qurtulmaq istəyirdənsə razılaşmalısan. Məni ordan da başqa bir otaqa apardı. Orada mülki geyimli şəxs məni qarşıladı və mənimlə
söhbət apardı. Həmin şəxs polis əməiyyatçısı Samir Abbasov idi.
Samir: Mənə bildir ki, sənin üçün
material hazırlamışıq və hazırlanmış senarini, anketimi mənə göstərdi, dedi aqıllı ol bizimlə
birgə çalış pulda qazanacaqsan, maşın və
normal bir evində olacaq.
Mən: Allaha şükür evim var, öz şərəfimlədə
yaşayıram.
Samir: Biz bunları sənə deməliyik, başqa bir hərəkət etsən
bilki, bitəcəksən. Və əlavə etdi ki, sənin işin bir neçə istiqamət üzrə olacaq. Mənim mənimlə
əmkdaşlıqın ondan ibarət olmalıdır ki, sən rayonda daha çox informasiya ya
maliksən, rayonda müəyən imkanlı şəxsləri bizə təğdim elə biz
onlardan necə pul qopartmaqın yollarını bilirik. Onlardan qopardıqımız pulun 20
%-i sizin olacaq istədiyin kimi də hərəkət edə biləcəksən. Kişi kimi əl-ələ verək
işləyək, səndə qazan bizdə qazanaq. Mənim telefon nönmrəmi aldı və bildirdi ki,
burdan çıxandan sonra mütləq zəngləşib görüşək. Bu haqda geniş danışarıq. Əyər
təkliflərimizi qəbul etməsən hazır materialı işə
salacayıq. Onu bildirim ki, sənin müdfiə etdiyin bir neçə şəxs var ki, onlar da
bizim adamlardır, üzüvə
qoyaraq sənin fakt kimi materilların hazır olacaq.
Emil Babayev yenidən məni öz otaqına aparır və bildirir ki, gedirik rəis müavini
yanına nə desən onunla razılaş. Razılaşmasan səni aforment edəcəyik.
Emil Babayev məni CAP-ın rəisinin otaqın apardı. Rəis müavini mənə
bir qədər təəcüblə baxıb dedi, bu savadlı və bilikli oğlandır bizə lazımdır
buraxın getsin. Özü hər şeyi yaxşı bilir.
Bilmədiklərini də izah edin.
Rəis müavini: Məndə bir neçə iş var ki, həmin işlər üzrə məhkəməyə çıxacaqsan. əlavə
sənə işlər verəcəm. Ancaq bizim işləri görəcəksən və işləyəcəksən.
Emil Babayev: Rəis bu sözə baxan adama oxşamır gəl bunu oforment edək.
Rəis müavini: narahat olma mən bir kəlmə deyirəm sərbəst buraxın.
Emil Babayev: Mənə çıx çöldə gözlə gəlirəm.
Çölə çıxdım bir neçə dəqiqə gözləməli oldum. Yenidən qapı açıldı içəri dəvət
edildim.
Rəis müavini: Bax səni buraxırıq amma kişi kimi burda
olanlar burda qalsın. Nə sözün
qulluqun olsa gəl mənə de. Sənə İXM-ilə bir protokol tərtib edəcəklər ona imza
atarsan çıxıb gedərsən.
Mən: bu protokol neyə lazımdır ki, ?
Rəis müavini: 2 gündür polisə giriş etmisən kameralara düşmüsən. Ona görə mütləq
lazımdır.
11.02.2017-ci
il gecə saat 01-00 radələrində Emil, Ramin adlı polisə zəng vurdu və şöbəyə dəvət elədi.
Ramin adlı polis nəfəri şöbəyə girən kimi məndən soruşdu nə etmisən ki, səni
buraya gətiriblər?
Mən: Heçnə elə belə.
Emil Babayev: Ramin-ə deyir, 510-la bir protokol yaz.
Ramin: Nə məsələdir əvəlcə deyin görək.
Emil ona izah etdi.
Ramin: Yox mən razı deyiləm siz bu adamı yaqin yaxşı tanımırsız başımıza
bela olacaq. Mən yazmıram kim yazırsa yazsın. Mən bunu yaxşı tanıyıram adımı bu
işdə hallanmasını istəmirəm.
Emi Babayev: Rəis dedi, sən yaz. Lakin prokotol tərtib olunur. Güya mən
Quba şəhəri, Meydan ərazisində gecə saatlarında telefonla danışarkən ictimai
qaydaları pozaraq, qeyri etik davranışlardan istifa etmişəm və ətrafa
narahatçılıq yaratmışm.))))))
Həmin
protokola məcbur qalaraq imza atmışam. Çünki, heç kimin məndən xəbəri yox idi. 11.02.2017-ci il gecə saat 03-00 radələrin də Emil Babayev İdarə
etdiyi maşınla məni Quba avtovaqzalında düşürdür və bildirir ki, get istirahət
elə görüşərik.
Lakin, dostum QAZ 31 markalı maşının sahibindən heç bir izahata
almayaraq razılıqa gəlirlər və ondan 3500 manat pul alıb sərbəst buraxırlar. Haqqımda
12.02.2017-ci il tarxində barəmdə İXM 510 maddəsi ilə akt tərtib olunur ki,
Güya mən Quba şəhəri Meydan ərazisində telefonla danışarkən söyüş söymüşəm ətrafımdakılara
narahatçılıq yaratmışam. Ən maraqlısı odur ki, Emin Babayev mənim qarşımda
hansı tələbi irəli sürərək şərtlər qoydu?
Həmin şərtləri bir qismini şərh edirəm. 2015-ci il tarixindən təmsil
etdiyim Hacımuradova Arzu Şirnəli qızı, Hacımuradov Nurməddin Murad oğlu,
Hacımuradov Elməddin Murad oğlunun və Məmmədov Nəsibə Səddar qızının müdafiəsindən
geri çəkilərək, Emin Babayev yaxın adımı Hacımuradov Cəlal səddar oğlunun
xeyrinə hərəkət etməliyəm. Emin Babayev qeyd edir. Bu əməliyyat sənə görə
qurulmuşdur sənin videon var əlimizdə. İmkanlarımız genişdir. Həmin şəxsdə
bizim adamdır. Biz həmin videonun istədiyimiz kimi real sujet kimi getirə bilərik.
Lakin həmin videonu internetdə yaysaq, yoldaşın ailən bilsə, özün bilrsəndə nə olacaq? Ailən daqıla bilər uşaqların orda burda
böyüyəcək. Ondan əlavə də, bütün təmsil etdiyin şəxslər əlimizdədir istəsək
hamısı ərizə və izahatlarını sizə qarşı ala bilərik və sənin adın ləkənəcək
buda sənin fəaliyyətinə son qoymaq demək olacaq.
Bunları istəyirsənsə buyur həmin şəxslərin məhkəmələrdə müdafiə edə
bilərsən. Amma bilki əlimdə video çəkiliş
var onu yaydıqdan sonra heyatda yaşamaqını heç bir mahiyyəti olmayacaq.
Bir neçə gündən sonra Emin Babayev mənə zəng edir və deyir sənə dedim
axı o işdən çəkil sən hələdə çəkilməmisən sən gedib Cəlal əmimdən üzürxahlıq
etməsən yaxşı olmayacaq sənə baha başa gələcək, Emin Cəlalı ilə birgə olaraq məni Quba şəhər ərazisində BUTA adlı restorana dəvət etdilər. Görüşdə
NMQ əməliyyatçısı Emin Babayev, müdafiə etdiyim
şəxslərin qarşı tərəfi Cəlal
Hacımuradov və tanımadıqım bir şəxs iştirak edirdi.
Həmin görüşdə olan danışıqları qısa olaraq şərh
edirəm.
Cəlal mənə bildir ki, burnuvu hara oldu niyə soxursan? Sənin onsuzda
bizə gücün çatmayacaq, biz istədiyimiz kimi edirik bu məsələdə prezident İlham Əliyev də olsa qarişa bilməz mən Arzunu və iki oğlu Nurməddin və Elməddini
gec tez o,evdən çıxardacam. Saq olsun vəkillər kollegasının sədri Azər Tağıyev
mənimlə yaxından dostdur, onun burda ki, işlərini mən aparıram, bir neçə vəkili
bir kəlmə ilə uzaqlaşdırmışıq.
Quba polisinə nə desəm onuda edirlər. Səni saxlayanda Emin mənə zəng
vurdu ki, Avtandili getirmişik necə edək?. Mən Eminə dedim ki, mənə sərf edən odur ki, onu bu işdən uzaqlaşsın və şərtlə razılaşdırıb buraxın getsin. Mənim işimə
manəçilik etməsin. Sizinlə razılaşmasa yenə də
məcbur edin ki, razılaşsın. Yoxsa onun qarşısını almaq olmayacaq.
Mən Eminə deyəndən sonra, sənə güzəşt etdilər. Mənimlə
ayaq uzata bilməzsən Qubanı rəisi Süleyman müəllimlə ilə yaxından münasibətim
var. Sağ olsun ki, bu işdə məni də nəzərə alıb.
Sizinlə qohumluqumuz var istəmirəm ki, sənin üçün problem yaratım. Yoxsa səni ordan azad etmək istəməzdilər. Onsuzda sən hökümətə sərf edən adamlardan
deyilsən. Hökümətlə hökümətlik edə bilməzsən.
Emin Babayev, bilirsəndə nə edə bilərik? Hər şey əlimizdədir sənə bu
son xəbərdarlıqımızdır. Bizimlə işdəsən qəşəng pulda qazanacaqsan.
Bir neçə gündən sonra Emin Babayev mənə zəng edərək bildir ki,
Avtandil haralardasan? Aclıqdır bir iş göndər pul qazanaq.
Mən cavab olaraq bildirdim ki, təklifiniz qəbul edilmədi. Bunu öncədən də diqqətəinizə çatdırmışdım.
Mən sizinlə yoxam. Hazırda da sağlamlıqımla bağlı müalicə alıram. Bu haqda bir
daha məni narahat etməyəsiz.
Emin Babayev, deyəsən sənə izah etdiklərimiz sənə yetmədi? Unutma ki,
bundan sonra nə olacaqını özün yaxşı bilirsən. Belə çıxır ki, bir neçə gündür
bizi dolaşdırmısan?. Azadlıq
çıxmaqdan ötrü tülkülük etdin eləmi? Bax bundan sonra nələr baş verəcək.
Bəli mahiyyət bəllidir, vətəndaş hüquqları bəzi məmurla tərəfindən məhdudiyyət
qoymaqla hüquq və qanunvericilik tapdalanır, o, cümlədən vətəndaşlara yardım edən
şəxsləri məsuliyyətə cəlb olunur.
Ardı növbəti
var.